IDEA İctimai Birliyi Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti ilə saziş bağlayıb - FOTO
Saziş ekologiya və dayanıqlı inkişaf sahəsində təhsil və maarifləndirmə, gənclərlə iş və onların ekoloji problemlərin həllinə cəlb edilməsi və s. istiqamətlərdə birgə səy və layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Söhbət zamanı tərəflər təbiətin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə üzrə ölkələrimizdə və beynəlxalq səviyyədə birgə təşəbbüslərin uğurla həyata keçiriləcəyinə əminlik ifadə ediblər.
Həmçinin, yaxın vaxtlarda Qlazqoda keçiriləcək BMT-nin iqlim konfransı ilə bağlı ümid və gözləntilər, eləcə də qlobal istiləşmə ilə mübarizə sahəsində birgə fəaliyyət və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: İDEA Təbiəti-Mühafizə