Qubada yol qəzası, 4 nəfər ölüb

   Qubada yol qəzası,    4 nəfər ölüb
  17 Oktyabr 2021    Oxunub :382
Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Quba rayonu, Zərdabi qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlunun, 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlunun və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az

Teqlər: yol   qəza  







Xəbər lenti