Ötən sutka 4 qəza-xilasetmə əməliyyatı həyata keçirilib - Video

Ötən sutka 4 qəza-xilasetmə əməliyyatı həyata keçirilib -    Video
  17 Oktyabr 2021    Oxunub:1132
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış, o cümlədən 2 halda avtomobildə baş vermiş yanğın faktı, 1 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1 nəfər xilas olunub. Həmçinin, Quba rayonu, Zərdabi qəsəbəsində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlunun, 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlunun və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlunun meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



AzVision.az


Teqlər: FHN  





Xəbər lenti