Onu hamı “Allahsız canavar” çağırırdı - Şəhid gizirimizin doğum günüdür

      Onu hamı “Allahsız canavar” çağırırdı    - Şəhid gizirimizin doğum günüdür
  17 Oktyabr 2021    Oxunub:1508
Bu gün Vətən müharibəsində canını fəda edərək xalqımıza Qələbə yaşadan cəsarətli oğullarımızdan birinin, Xüsusi Təyinatlı Qüvvələrin giziri Elyar Vəliyevin doğum günüdür. O yaşasaydı, 30 yaşını qeyd edəcəkdi.
AzVision.az xəbər verir ki, Elyar Vəliyev 1991-ci ilin oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub. Məktəbin 9-cu sinfindən sonra 2 il peşə üzrə təhsil alıb. Hələ məktəb vaxtlarından 5 il karate ilə məşğul olub. Respublika yarışlarında iştirak edib və ikinci yeri tutub.

2009-cu ilin oktyabr ayında ordu sıralarına çağırılıb, 2010-cu ildə hərbi xidmətdə olduğu müddətdə Xüsusi Təyinatlı Qüvvələrə (XTQ) seçilib. O, XTQ-nin 6 aylıq ağır kursunu müvəfəqiyyətlə başa vurub və xüsusi təyinatlıların kəşfiyyat qrupunda xidmətə başlayıb. 2011-ci ildə ona kiçik gizir rütbəsi verilib. Vaxtının çoxunu təlimlərdə, kəşfiyyatda keçirib. Fiziki göstəriciləri çox yüksək olub. Qaçış və qaydasız döyüş üzrə birinci yerə çıxıb. “Qafqaz Qartalı” təlimlərində iştirak edib, yaxşı nəticələr göstərib.

Elyar Aprel və Tovuz döyüşlərində də iştirak edib. Göstərdiyi şüracətlərə görə fərqlənmə medalı ilə təltif olunub. Aprel döyüşlərindən sonra 45 gün yeni gətirilən silahların incələnməsi və sıfırlanması üzrə Goranda təlimatçı olub.

Hərbçi Cəbrayıl, Hadrut, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla yaddaşlarda qalıb. Xidmət yoldaşları arasında “Allahsız canavar” ləqəbi ilə çağırılan cəsur döyüşçü ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə" medalına layiq görülüb. Özündən sonra 5 övadı yadigar qalıb.













Şahanə Rəhimli
AzVision.az


Teqlər: ElyarVəliyev  





Xəbər lenti