Prezident: "Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik"

      Prezident:    "Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik"
  17 Oktyabr 2021    Oxunub:703
Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik. Ötən bir il ərzində bu istiqamətdə böyük işlər görülüb. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar.
AzVision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Ötən bir il ərzində görülən genişmiqyaslı bərpa və quruculuq işləri barədə danışan dövlətimizin başçısı deyib: “Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq”.

AzVision.az


Teqlər: Füzuli  





Xəbər lenti