Kürdəmirdə 22 yaşlı oğlan məktəbin həyətində özünü asıb

   Kürdəmirdə 22 yaşlı oğlan məktəbin həyətində özünü asıb
  17 Oktyabr 2021    Oxunub:1024
Kürdəmir rayonunda intihar hadisəsi baş verib.
Hadisə rayonun Şahbəyli kəndində qeydə alınıb.

Belə ki,1999-cu il təvəllüdlü Səfərov Əli Habil oğlu özünü kənd məktəbinin həyətində asaraq intihar edib.

İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.(Report)

AzVision.az



Teqlər:





Xəbər lenti