İranın Baş Qərargah rəisi Rusiyaya səfər edib

İranın Baş Qərargah rəisi Rusiyaya səfər edib
  17 Oktyabr 2021    Oxunub:1340
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakeri Moskvada səfərdədir.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Bakeri Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Görüşdə Əfqanıstanda baş verən hadisələr, BMT-nin Tehrana qarşı embarqosu bitəndən sonra Rusiya silahlarının alınması ilə bağlı müqavilənin imzalanması məsələsi müzakirə olunub.

AzVision.az



Teqlər: İran   Rusiya  





Xəbər lenti