Azərbaycanla Qətər arasında viza tələbi aradan qaldırılıb

   Azərbaycanla Qətər arasında viza tələbi aradan qaldırılıb
  18 Oktyabr 2021    Oxunub :416
Azərbaycan Hökuməti ilə Qətər Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş imzalanıb. AzVision.az məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirilən mətbuat konfransında bildirib.
Sazişi Azərbaycan və Qətərin xarici işlər nazirləri imzalayıblar.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Azərbaycan   Qətər  







Xəbər lenti