"İmzalanan sənədlərin icrası vacibdir” - XİN rəhbəri

   "İmzalanan sənədlərin icrası vacibdir” -    XİN rəhbəri
  18 Oktyabr 2021    Oxunub :354
“Son zamanlar Ermənistanın siyasi rəhbərliyi tərəfindən pozitiv mesajlar verilsə də, biz əməli addımları görə bilmirik. Qarşıdakı vaxtlarda əməli istiqamətdə də addımları görəcəyimizə ümid edirik”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətərin XİN rəhbəri ilə birgə mətbuat konfransında deyib.

Nazir Azərbaycanın mövqeyinin dəyişməz olduğunu, sivil qaydada münasibətlərin normallaşmasına tərəfdar olduqlarını diqqətə çatdırıb.

XİN rəhbəri Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyanın tez başlanmasının və onun həllinin vacibliyini vurğulayıb: “Biz bu istiqamətdə gedən prosesləri izləyirik, atılan müsbət addımlara biz də müsbət cavab verəcəyik. Revanşist çağırışlar edən, bu istiqamətdə fikirlər söyləyən qüvvələrə tövsiyəmiz odur ki, yanlış istiqamətdə getməsinlər, çünki bu çıxışlar yaxşı nəticə vəd etmir. İmzalanan sənədlərin icrası vacibdir”.

AzVision.az

Teqlər:







Xəbər lenti