Qazaxıstan səfirliyi Azərbaycan xalqını təbrik edib

Qazaxıstan səfirliyi Azərbaycan xalqını təbrik edib
  18 Oktyabr 2021    Oxunub:823
Qazaxıstan səfirliyi Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində paylaşım edilib.

"Qardaş Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə ürəkdən təbrik edirik! Bütün Azərbaycan xalqına və dövlətə bundan sonra da səmimi qəlbdən dinamik inkişaf etməyi, sülh, əmin-amanlıq və tərəqqi arzu edirik!", - açıqlamada vurğulanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Azərbaycan   Qazaxıstan   Təbrik  





Xəbər lenti