Azərbaycanın mədəniyyət paytaxtı Şuşa qəhrəman oğullarımızın canı, qanı hesabına işğalçılardan azad edilib. Şəhər hazırda özünün bərpa və inkişaf dövrünü yaşayır. İgid döyüşçülərimiz isə günün 24 saatı əli tətikdə dayanaraq gözəl Şuşamızı düşməndən qoruyur və göstərdiyi xidmətdən böyük qürur hissi keçirirlər.
AzVision.az-ın Şuşada olan əməkdaşı bu əsrarəngiz şəhəri qoruyan, onun keşiyində dayanan xüsusi təyinatlıların fəaliyyətini fotoya köçürüb.