20 nömrəli məktəb-lisey koronavirusa görə bağlandı

   20 nömrəli məktəb-lisey koronavirusa görə bağlandı
  18 Oktyabr 2021    Oxunub:1577
Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil idarəsindən AzVision.az-a verilən xəbərə görə, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.
Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Aytən Zəhra
AzVision.az



Teqlər: BŞTİ   Məktəb  





Xəbər lenti