Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

Bildirilib ki, oktyabrın 17-də saat 7 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində M.Bağırov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini Nina İvanovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
AzVision.az
Teqlər: DİN