Selçuk Bayraktarın atası dünyasını dəyişdi

   Selçuk Bayraktarın atası dünyasını dəyişdi
  18 Oktyabr 2021    Oxunub:2511
Türkiyənin “Baykar Teknoloji” şirkətinin texniki direktoru Selçuk Bayraktarın atası rəhmətə gedib.
Alparslan Bayraktar: 2026-cı il Türkiyə üçün atom enerjisi ili olacaq
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özdemir Bayraktar 72 yaşında vəfat edib.

Özdemir Bayraktar İstanbulda özəl xəstəxanada xərçəngdən müalicə olunurdu.

O, sabah Fatih məscidində təşkil olunacaq yas mərasimindən sonra İstanbulda dəfn olunacaq.

Qeyd edək ki, Özdemir Bayraktar “Baykar Teknoloji” şirkətinin İdarə heyətinin sədri idi. Özdemir Bayraktar “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar TB2” dronlarının Qarabağın işğaldan azad olunmasına verdiyi dəstək səbəbilə 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən “Qarabağ” ordeni ilə təltif edilib. Bununla yanaşı, Prezident İlham Əliyev “Baykar Savunma” şirkətinin baş direktoru Haluk Bayraktarı da “Qarabağ” ordeni ilə təltif edib.

AzVision.az



Teqlər: Bayraktar  



Xəbər lenti