Yupiterdə nadir hadisə qeydə alınıb

Yupiterdə nadir hadisə qeydə alınıb
  18 Oktyabr 2021    Oxunub:1546
Yaponiyalı astronom, Kiyoto Universitetinin dosenti Arimatsu Ko Yupiter planetinin səthində anormal hadisə qeydə alıb. AzVision.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb. Astronom Yupiterdə diqqətçəkən bir parlaq görüntünün olduğunu söyləyib.
Onun sözlərinə görə, indiyə qədər bu planetdə cəmi 8 dəfə belə hal müşahidə olunub.

- Arimatsu cümə günü yerli vaxtla 22:30 -da Yupiterin ekvatorundan bir qədər uzaqda, təxminən 3 saniyə davam edən bir partlayışa bənzər parıltı görüb. İlkin analiz göstərib ki, hadisəyə səbəb diametri bir neçə metr olan meteorun Yupiterə düşməsidir. Astronom bu hadisəni görəndən sonra təəccübünü gizlətməyib. Çünki bu çox nadir bir hadisədir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yupiter   Astronom  





Xəbər lenti