Qaribaşvili Lloyd Austinlə görüşüb
Baş nazir regionda sülh və etimadın bərpa edilməsinin vacibliyini vurğulayıb. O deyib ki, ABŞ-ın yaxın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında Gürcüstanın vasitəçilik səyləri nəticəsində əldə edilən razılaşma regional dialoqa təşviq edir və təhlükəsizlik mühitini inkişaf etdirir.
Hökumət başçısı ABŞ-ın müdafiə nazirinə Gürcüstanın yeni sülh platforması təşəbbüsü olan “Cənubi Qafqaz Dinc Qonşuluq Təşəbbüsü” barədə məlumat verib.
AzVision.az