Bakıda binada yanğın - Sakinlər təxliyyə olundu

   Bakıda binada yanğın -    Sakinlər təxliyyə olundu
  18 Oktyabr 2021    Oxunub:1250
Bakı şəhərinin Qaradağ rayonunda mansarda tipli çoxmərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsi, qoruyucu açar, 36 ədəd elektrik açarı, 36 ədəd elektrik sayğacı və şaxta boyunca 1260 p.m elektrik kabeli yanıb.
AzVision.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğın zamanı tüstülənən mənzillərdən 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Mənzillər və mansarda yanğından mühafizə olunub. Yanğın söndürülüb.

AzVision.az



Teqlər: Yanğın   FHN  





Xəbər lenti