Daha bir erməni hərbçinin meyiti tapıldı

Daha bir erməni hərbçinin meyiti tapıldı
  18 Oktyabr 2021    Oxunub:554
Azərbaycan 44 günlük müharibədə ölmüş daha 1 erməni hərbçinin meyitinin qalıqlarını qarşı tərəfə verib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, meyit oktyabrın 18-də Şuşada verilib. Meyiti verilən hərbçinin kimliyi məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində indiyədək 1686 erməni hərbçisinin meyiti və cəsədinin qalıqları tapılıb.


AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti