KXDR buraxdığı raket 430-450 kilometr məsafə qət edib

KXDR buraxdığı raket 430-450 kilometr məsafə qət edib
  19 Oktyabr 2021    Oxunub:590
Şimali Koreyanın sınaqdan keçirdiyi qısa mənzilli ballistik raket 430-450 kilometr məsafəni qət edərək 60 kilometrlik maksimum hündürlüyə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Cənubi Koreya hərbçiləri KXDR tərəfindən buraxılan qısa mənzilli ballistik raketin sualtı ballistik raket olduğunu güman edirlər.

"Qısa mənzilli ballistik raket buraxıldı. Bunun bir sualtı balistik raketi olduğuna dair qiymətləndirmə var", - məlumtda deyilir.

Çərşənbə axşamı Cənubi Koreya ordusu KXDR-in Yapon dənizinə doğru naməlum bir mərmi atdığını bəyan edib. Daha sonra qarşı tərəfin ballistik raketi sınaqdan keçirdiyi aydınlaşdırılıb. Yapon sahil mühafizəsi mərminin yerli vaxtla təxminən 10.38 düşdüyünü bəyan edib, ancaq yeri açıqlanmayıb.

Yaponiyanın baş naziri Fumio Kişida KXDR-dən iki dəfə raket buraxıldığını söyləyib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: KXDR   Raket  





Xəbər lenti