ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi istefa verib

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi istefa verib
  19 Oktyabr 2021    Oxunub:621
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xalilzad istefa verib.
AzVision.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

Dövlət katibi uzun müddət Amerika xalqına xidmət etdiyi üçün nümayəndəyə təşəkkür edib. Onun müavini Tomas Vest ABŞ-ın Əfqanıstan üzrə yeni xüsusi nümayəndəsi təyin olunub.

Qeyd edək ki, Xəlilzad may ayında istefaya getməyi düşünürdü, lakin daha sonra bir müddət vəzifəsində qalmağa razı oldu. O, ABŞ-ın sabiq prezidenti Donald Trampın dövründə xüsusi nümayəndə təyin olunmuşdu.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: ABŞ   Əfqanıstan  





Xəbər lenti