"Boşanmalar çox zaman böyük faciəyə çevrilir" - Sədaqət Qəhrəmanova

   "Boşanmalar çox zaman böyük faciəyə çevrilir" -    Sədaqət Qəhrəmanova
  19 Oktyabr 2021    Oxunub:932
Cəmiyyətimizdə aliment verməyən bir qrup kişilər var. Onlar yalnız arvadlarının yox uşaqlarından boşanır və kiçik pulu övladlarına qıymır.
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanov "Məişət zorakılığı media müstəvisində" adlı təlimdə deyib. O bildirib ki, boşanma proseduru böyük faciə ilə müşahidə edilir:

"Boşanma zamanı ailələr, ər və arvad düşmənə çevrilir. Qadın ərinə uşağı göstərmir,  kişi də aliment ödəmir. Nəticədə bu hadisələr böyüyən uşaqlara təsir edir. İki insan sivil qaydada boşananda dost olurlar və uşaqları üçün birgə çalışırlar. Biz bu mədəniyyəti cəmiyyətə aşılamalıyıq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti