İnvestorlar İrəvana güvənmir: Paşinyanın gizli Moskva görüşünün detalları

        İnvestorlar İrəvana güvənmir:   Paşinyanın gizli Moskva görüşünün detalları
  19 Oktyabr 2021    Oxunub:1297
Ermənistanın baş nazir Nikol Paşinyan ölkədə yaranmış sosial-iqtisadi böhranın aradan qaldırılması üçün ümidini xarici iş adamlarına bağlayıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Fakt" qəzetinin dərc etdiyi məqalədə iddia olunur ki, baş nazir bu günlərdə Rusiyaya səfər edərkən erməni iş adamlarını şirin dil ilə ölkəyə yatırımlar etməyə çağırıb. Nəticə isə hələlk ürəkaçan deyil.

- Baş nazir və komandası dövlət büdcəsinin gəlirlərini təmin etmək və xalqda Paşinyana qarşı narazılığı, üsyanı gücləndirməmək üçün kifayət qədər şübhəli gedişlər edir. Qəzetimizə bu mövzuda yeni detallar məlum olub. Qaynağımızın bildirdiyinə görə, Nikol Paşinyanın bu yaxınlarda Moskvaya səfəri yalnız rəsmi görüşlərlə məhdudlaşmayıb. Qeyri-rəsmi və ya başqa sözlə desək, səhnə arxasında bir sıra ciddi görüşlər də baş tutub.

"Ermənistan ordusunda biabırçı ixtisarlar olacaq"- "İravunk" nəşri
Rusiyadakı mənbəbiz bildirir ki, Paşinyan Moskvada yaşayan erməni işgüzar dairələrin bəzi nümayəndələri ilə görüşüb. Baş nazir onları ölkə üçün ağır mərhələ sayılan bir dövrdə daha fəal olmağa çağırıb. İş adamlarını inandırmağa çalışıb ki, atacaqları addım iqtidarın xeyrinə deyil, xalq üçün olacaq. Çünki bu çox çətin bir keçid dövrüdür, Ermənistanın ciddi və əlavə investisiyalara ehtiyacı var. Maliyyə axınları olmasa büdcə çökər.

Əldə etdiyimiz məlumata görə, Paşinyan ümidlə qatıldığı bu görüşlərdən gözlədiyi müsbət nəticələri əldə edə bilməyib. Ona görə ki, baş nazirə güvən yoxdur. Amma bəzi erməni əsilli iş adamları ilə artıq ilkin razılıq əldə olunub. Onlar ölkədəki vəziyyəti daha yaxşı analiz etmək üçün tezliklə "emissarlarını" İrəvana göndərəcəklər.

Qeyd edək ki, 44 günlük müharibədən sonra ağır məğlubiyyətlə üzləşən İrəvan bir ildir ki, ciddi iqtisadi böhran yaşayır. Ölkədə bahalaşma dalğası genişlənir, siyasi xaosla yanaşı, sosial problemlər də çoxalır. Belə bir qarışıq ölkəyə isə hansısa xarici investor ciddi yatırım etməz.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Paşinyan   İqtisadiyyat  





Xəbər lenti