Səkkiz ayda 11 313 cütlük boşanıb

   Səkkiz ayda 11 313 cütlük boşanıb
  19 Oktyabr 2021    Oxunub:1081
Bu il Azərbaycanda nikah və boşanma hallarının sayı açıqlanıb.
Bu barədə AzVision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 36 063 nikaha daxilolma və 11 313 boşanma halları qeydə alınıb.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,4-ə, boşanmaların sayı isə 1,4-dən 1,7-yə qədər artıb.

AzVision.az



Teqlər: Boşanma  





Xəbər lenti