Qarabağ Dirçəliş Fondu “CinemaPlus”u təltif etdi
Qeyd edək ki, “CinemaPlus” Qarabağ Dirçəliş Fonduna 10 milyon manat məbləğində vəsait köçürüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi isə müxtəlif sosial layihələri reallaşdırmağa davam edəcəyəni bəyan edib.
AzVision.az
Teqlər: Sertifikat Təltif