Slovakiyadan Azərbaycana minatəmizləmə maşınları gətiriləcək

   Slovakiyadan Azərbaycana minatəmizləmə maşınları gətiriləcək
  19 Oktyabr 2021    Oxunub:1281
Azərbaycan və Slovakiya arasında minatəmizləmə sahəsində əməkdaşlıq başlayıb. AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov slovakiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, Slovakiya istehsalı olan 7 minatəmizləmə maşının Azərbaycana gətirilməsi ilə bağlı müvafiq qurumlar arasında müqavilə imzalanıb.

XİN rəhbəri qeyd edib ki, minatəmizləmə maşınlarının ilk partiyası yaxın zamanda Azərbaycana gətiriləcək.

AzVision.az


Teqlər: Azərbaycan   Slovakiya  





Xəbər lenti