"Hər hansı təhdid olarsa, adekvat cavab veriləcək"- Nazir

 "Hər hansı təhdid olarsa, adekvat cavab veriləcək"-  Nazir
  19 Oktyabr 2021    Oxunub:1422
"Azərbaycan beynəlxalq hüquq və norma prinsplərinə uyğun olaraq Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır".
AzVision.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov slovakiyalı həmkarı İvan Korçok ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bunun üçün üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi vacibdir və Azərbaycan bu bəyanatla üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirir.

C.Bayramov bildirib ki, revanşist və ya əməkdaşlq yolunu tutmaq Ermənistanın öz qərarıdır: “Azərbaycan əməkdaşlığa dair müsbət addımlara hər zaman müsbət cavab verir. Ancaq Azərbaycana qarşı hər hansı təhdid olarsa onlar da adekvat cavablandırılacaq".

AzVision.az



Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti