Beş ölkə dünyanın taleyini həll edə bilməz

   Beş ölkə dünyanın taleyini həll edə bilməz
  19 Oktyabr 2021    Oxunub:1610
Anqolaya səfəri çərçivəsində Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İkinci Dünya müharibəsinin qalibi kimi BMT Təlükəsizlik Şurasının 5 daimi üzvü olmuş dövlətlər bəşəriyyətin taleyini həll etməməlidir.

AzVision.az “Rosbalt.ru” saytına istinadən xəbər verir ki, Türkiyə prezidenti dəyişikliklərin tələblərinə qulaq asmamağı İkinci Dünya müharibəsindən sonra yaranmış status-kvonu təkidlə qoruyub-saxlamaq cəhdi kimi qiymətləndirib.
-Dünyada BMT TŞ-nın üzvü olan 5 ölkə yox, 200-dən çox ölkə var. Bununla belə, Yer kürəsi əhalisinin taleyi “bir ovuc” dövlətin mərhəmətinə buraxılıb. Dünya dəyişir, diplomatiya, ticarət, beynəlxalq münasibətlər radikal dəyişikliklərə məruzx qalır. Qlobal təhlükəsizlik arxitekturasının əvvəlki kimi qalması ağlasığmazdır,-Rəcəb Tayyib Ərdoğan bildirib.
Hazırda BMT TŞ-na 15 ölkə daxildir ki, onların da beşi – Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa – daimi üzv statusuna və veto hüququna malikdirlər. Digər 10 qeyr-daimi üzv isə iki illik müddətə seçilirlər. BMT TŞ-nın tərkibinin genişlənməsi yalnız bir dəfə - 1963-cü ildə baş verib. Onda qeyri-daimi üzvlər hesabına BMT TŞ-nın üzvlərinin sayı 11-dən 15-ə qaldırılıb.
Azərbycan 2012-2013-cü illərdə BMT TŞ-nın qeyri-daimi üzvü olub və bu müddətdə 2 dəfə quruma sədrlik edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ərdoğan   BMT  





Xəbər lenti