“Suverenlik və ərazi bütövlüyü Slovakiya üçün əsas prinsiplərdir" - Nazir

   “Suverenlik və ərazi bütövlüyü Slovakiya üçün əsas prinsiplərdir" -    Nazir
  19 Oktyabr 2021    Oxunub:762
“Slovakiya Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlıdır”. AzVision.az xəbər verir ki, bunu Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir hesab edir ki, hökumətlərarası əlaqələrlə yanaşı, xalqlar arasında da münasibətlər inkişaf etməlidir.

"Bu, həm də iqtisadi rifaha xidmət edəcək. Səfər zamanı məni slovakiyalı biznesmenlər müşayiət edir. Bu gün Azərbaycanın Baş naziri və iqtisadiyyat naziri ilə də görüşəcəyəm”, - nazir deyib.

O, həmkarı Bayramovla görüşdə ölkələr arasında münasibətlərin inkişafını, Qarabağ müharibəsindən sonrakı vəziyyəti müzakirə etdiklərini söyləyib:
“Suverenlik və ərazi bütövlüyü Slovakiya üçün əsas prinsiplərdir. Biz bu prinsipləri dəstəkləyirik, eyni zamanda, sülh içində birgəyaşayış gələcək üçün vacibdir. Bu sülhə gedən yeganə yoldur. Mən hər iki ölkəni bir-biri ilə əlaqələr qurmağa çağırıram”.

Korçak Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalanması ilə bağlı danışıqlar getdiyini xatırladıb. Nazir bu məsələdə Azərbaycan tərəfindən siyasi istəyi gördüyünü qeyd edib: “Azərbaycan Aİ-nin etibarlı və strateji enerji tərəfdaşıdır. Cənubi Qafqaz, Mərkəzi Asiya bizim prioritetlərimizdir”.

AzVision.az



Teqlər: Slovakiya   Azərbaycan  





Xəbər lenti