Rayonlara dolu yağıb

Rayonlara dolu yağıb
  19 Oktyabr 2021    Oxunub:1001
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, oktyabrın 19-u saat 14:00-a məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağışın miqdarı Şamaxıda 17.0 mm, Qobustanda 13.0 mm, Daşkəsəndə 8.0 mm, Ağdərədə (Ordubad) 7.0 mm, İsmayıllıda 6.0 mm, Ağsuda 5.0 mm, Kişçay (Şəki), Oğuz, Gədəbəydə 5.0 mm, Beyləqan, İmişlidə 4.0 mm, Cəfərxan, Sabirabadda 3.0 mm, Hacıqabul, Ağdam, Ordubad, Şahbuzda 2.0 mm, Naxçıvan, Şərur, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şəki, Altıağac, Qusar, Qəbələ, Tərtər, Bərdə, Yevlax, Göyçay, Salyan, Bİləsuvar, Yardımlı, Göytəpə, Sarıbaşda (Qax) 1.0 m-dək olub.

Oktyabrın 18-də isə saat 14:35-14:40 radələrində Gədəbəy rayonu ərazisinə, saat 22:35-23:55 radələrində isə Şamaxı rayonuna xırda dənəli dolu yağıb.

AzVision.az


Teqlər: Dolu  





Xəbər lenti