AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyi hərbi qulluqçuların koronavirusa qarşı peyvənd edilməməsi ilə bağlı xəbərlərə də reaksiya verib. Qurum iddia edib ki, guya orduda vaksinlə bağlı problem yaşanmır. Nazirlik Silahlı Qüvvələrdə aşılama nisbətinin mülki əhali arasında eyni göstəricini xeyli üstələdiyini bəyan edib.
- Narahatçılığa əsas olmadığını bildiririk. Mövsümi qrip və ya kəskin respirator infeksiyalara yoluxma hallarının sayında artım qeydə alınmayıb, - nazirlikdən bildiriblər.
Xatırladaq ki, bu gün tanınmış erməni jurnalist Narine Kirakosyan əsgərlər arasında xəstəliklərin xeyli artması barədə fakta malik olduğunu yazmışdı.
Qeyd edək ki, bir neçə gün öncə Rusiya Ermənistana 100 min vaksin göndərmişdi. Yerli ekspertlər bu addımın orduda virusa yoluxma halının kəskin artımı riskini önləyəcəyini düşünürdülər.
Tural Tağıyev
AzVision.az