"Tanqonu tək oynamırlar" - Peskov

"Tanqonu tək oynamırlar" -    Peskov
  19 Oktyabr 2021    Oxunub:809
"Rusiya NATO-nun Moskvada informasiya bürosunun bağlanmasından heç bir zərər görməyəcək. Tərəflər arasında onsuz da hər hansı əlaqə, dialoq mövcud deyildi".
AzVision.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, "de fakto” olan vəziyyət sadəcə “de yure” formasını alıb.
Kremlin sözçüsü NATO-nun Rusiyanı təcrid etmək niyyətini vurğulayaraq, rusiyalı diplomatların ölkədən çıxarılmasını son damla adlandırıb.

"Hər hansı zərurət yaranacağı təqdirdə, xarici işlər naziri Sergey Lavrov bildirdiyi kimi, Brüsseldə çalışan Rusiyanın səfiri ilə əlaqə saxlanılması mümkündür. Əvvəllər də belə olub. Biz dəfələrlə demişik ki, tək tanqo rəqsi etmək mümkün deyil və bunu etməyəcəyik", - Peskov söyləyib.

Pərvanə Sultanova
AzVision.az





Teqlər: Rusiya   NATO  





Xəbər lenti