"Putin-Zelenski görüşü barədə açıqlamalar fantaziyadır" - Lavov

"Putin-Zelenski görüşü barədə açıqlamalar fantaziyadır" -    Lavov
  19 Oktyabr 2021    Oxunub :315
Ukrayna prezidenti Vladimir Zelenskinin və ətrafının Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüş ehtimalı ilə bağlı açıqlamaları bu ölkənin rəhbərliyinin fantaziyalarını əks etdirir.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

XİN rəhbəri xatırladıb ki, son vaxtlar həm Zelenskinin özündən, həm də yaxın ətrafından Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşü ilə bağlı çoxlu açıqlamalar verilir: "Zelenskinin ofisindən biri dedi ki, Putin görüşə hazırdır, amma ətrafı onunla təkbətək görüşməyi məsləhət görmür. Çünki belə təkbətək görüşün nəticəsi gözlənilməz ola bilər. Bu, şüur axını haqqında heç bir şərh verməyəcəyəm".

Lavrov deyib ki, Ukraynadan hər gün buna bənzər açıqlamalar gəlir: "Onlar hər gün hər yerdə fantaziyalar qurmaqdadırlar".

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Rusiya   Ukrayna  







Xəbər lenti