Dövlət Komitəsi dayəyə verilən uşaqla bağlı araşdırma aparır

   Dövlət Komitəsi dayəyə verilən uşaqla bağlı araşdırma aparır
  19 Oktyabr 2021    Oxunub:620
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda müvəqqəti baxılması üçün dayəyə verilən azyaşlı qızla bağlı araşdırmalara başlayıb.
Bunu AzVision.az -a Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

O bildirib ki, azyaşlı sığınacağa yerləşdirilib və onun valideynlərinin tapılması istiqamətində aidiyyəti qurumlarla birlikdə araşdırmalar davam etdirilir.

Xatırladaq ki, sosial şəbəkələrdə azyaşlının anası tərəfindən müvəqqəti baxılması üçün dayəyə təhvil verilməsi, 8 gün ərzində şəxslə əlaqə saxlamağın mümkün olmaması barədə məlumat yayılıb. Dayə azyaşlının valideyni ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti