Alimlər "delta"nın təhlükəli mutasiyası barədə xəbərdarlıq etdilər
"Virusun yeni variantı -AY.4.2 "delta"nın genetik təkamülünü izləyən virusoloqlar tərəfindən bu yaxınlarda kəşf edilib. O, İngiltərədəki infeksiyaların təxminən on faizini təşkil edir"-, məqalədə yazılıb.
Elm adamlarına görə, yeni mutasiya hələ də dünyada hökm sürən sələfindən 10-15% daha yoluxucudur. Əgər bu yeni növlə bağlı məlumatlar yüksək səviyyədə təsdiq olunsa, AY.4.2 bütün pandemiyada ən yoluxucu koronavirusa çevriləcək.
Tural Tağıyev
AzVision.az