322 nömrəli məktəb distant tədrisə keçdi

   322 nömrəli məktəb distant tədrisə keçdi
  19 Oktyabr 2021    Oxunub:825
Paytaxtdakı 322 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhər üzrə Təhsil İdarəsindən AzVision.az -a verilən məlumata görə, 322 nömrəli tam orta məktəbdə COVİD-19 infeksiyasına yoluxma halları ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 322 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

AzVision.az


Teqlər: Məktəb  





Xəbər lenti