Maskdan aclıq ilə mübarizə üçün 6 milyard istənildi

Maskdan aclıq ilə mübarizə üçün  6 milyard  istənildi
  19 Oktyabr 2021    Oxunub:1967
BMT -nin Dünya Ərzaq Proqramının icraçı direktoru David Bizli "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Maskda maliyyə yardımı üçün müraciət edib. O, Maskdan aclıq təhlükəsi və onun nəticələrinə qarşı mübarizə üçün 6 milyard dollar bağışlamasını istəyib.
AzVision.az xəbər verir ki, Bizli öz müraciətini "Twitter" də yerləşdirib. O, bu il 42 milyon insanın aclıq həddində olduğunu söyləyib.

"İlon Mask, dünən altı milyard dollar qazandın - bu fəlakətin qarşısını almaq üçün lazım olan məbləğdir! Xahiş edirəm kömək et", - Bizli yazıb.



Qeyd edək ki, bir müddət öncə BMT Baş katibi Antonio Quterreş, koronavirus pandemiyasının dünyada 100 milyondan çox insanı yoxsulluğa sürüklədiyini bildirmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: İlon-Mask   Aclıq  





Xəbər lenti