KOBİA Slovakiya iş adamlarına ölkəmizdə dəstək göstərə bilər

KOBİA Slovakiya iş adamlarına ölkəmizdə dəstək göstərə bilər
  19 Oktyabr 2021    Oxunub:1142
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlığın dəstəklənməsi sahəsində Slovakiyanın müvafiq qurumları ilə əməkdaşlıqda və birgə təşəbbüslərin həyata keçirilməsində maraqlıdır.
AzVision.az xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov oktyabrın 19-da Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş Azərbaycan-Slovakiya biznes forumunda deyib.

KOBİA sədri qeyd edib ki, agentlik yerli və xarici iş adamları arasında əlaqələrin qurulmasına və birgə təşəbbüslərin reallaşdırılmasına dəstək göstərir. Belə ki, KOBİA Slovakiya iş adamlarına ölkəmizdə müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə bilər.

AzVision.az



Teqlər: KOBİA   Slovakiya  





Xəbər lenti