Çin ABŞ-dan gəmi insidentinin təfərrüatlarını tələb edib

Çin ABŞ-dan gəmi insidentinin təfərrüatlarını tələb edib
  19 Oktyabr 2021    Oxunub:859
Çin Müdafiə Nazirliyi ABŞ -ın nüvə sualtı qayığı insidenti ilə bağlı ciddi narahatlığını ifadə edərək Vaşinqtondan qəzanın bütün təfərrüatlarını açıqlamasını tələb edib. AzVision.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi bəyanat yayıb.
Müdafiə Nazirliyi sözçüsü Tanya Kefey məsələ ilə bağlı açıqlamasında deyib:

"Çin bu hadisə ilə əlaqədar ciddi narahatlığını ifadə edir və ABŞ -dan aydınlıq tələb edir. Vaşinqton insidentin iştirakçısı olaraq, bu durumu ətraflı izah etməyə borcludur".

Kefey ABŞ silahlı qüvvələrinin hadisə ilə bağlı məlumatları qəsdən gecikdirdiyini və hətta gizlətdiyini qeyd edib.

"Toqquşma oktyabrın 2 -də baş verib. Yalnız beş gün sonra hadisə ilə bağlı aydın olmayan qısa bir açıqlama verildi"-Çin rəsmisi deyib.

Qeyd edək ki, bir müddət öncə ABŞ ordusu, Hərbi Dəniz Qüvvələrinin Konnektikut sualtı gəmisinin beynəlxalq sularda bir obyektlə toqquşması nəticəsində zədələndiyini bəyan etmişdi. Hadisə nəticəsində 11 amerikalı dənizçinin yaralandığı bildirilirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Çin   ABŞ  





Xəbər lenti