Parisdə terror həyəcanı: 70 nəfər təxliyə edildi

Parisdə terror həyəcanı:   70 nəfər təxliyə edildi
  19 Oktyabr 2021    Oxunub :368
Bir müddət öncə Fransa paytaxtında terror həyəcanı yaşanıb. AzVision.az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Bildirilir ki, Parisin mərkəzində partlayış təhlükəsiz səbəbindən ən azı 70 nəfər təxliyə edilib.
Hadisə ilə bağlı həyəcanlı anlar Volter Bulvarındakı bir binadan yaşanıb. Burada yerləşən şirkətə bomba hədəsi əks olunan bir elektron poçt daxil olub.

Hadisə yerinin ətrafında təhlükəsizlik zonası yaradılıb, binanın içərisində isə mina axtaranlar işləyir.

Tural Tağıyev
AzVision.az

Teqlər: Bomba   Paris  







Xəbər lenti