Sənaya təcavüzdə ittiham olunan xalası oğlu saxlanılıb

Sənaya təcavüzdə ittiham olunan xalası oğlu saxlanılıb
  19 Oktyabr 2021    Oxunub:1121
Müxalifətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmalıya cinsi təcavüzdə ittiham olunan Əsgər Ağayev saxlanılıb.
AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə S.Qəhrəmanlının anası Zümrüd Yağmur məlumat yayıb.

Xatırladaq ki, bir müddət əvvəl Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib. O, hadisənin 1 il əvvəl baş verdiyini yazıb. S.Qəhrəmanlı hadisədən iki gün sonra polisə şikayət etdiyini bildirib:

“İstintaq ərzində sübutların toplanılması üçün bütün lazımi addımları atmışam”.

S.Qəhrəmanlının iddiasına görə, xalası oğlu ona tərkibi bəlli olmayan içki içirdib və daha sonra təcavüz edib.

Sənay Qəhrəmanlı xalası oğlunun törətdiyi əməli ona etiraf etdiyini qeyd edib.


AzVision.az




Teqlər: İstintaq   Təcavüz  





Xəbər lenti