Suriyada terror aktı: 13 hərbçi öldü

Suriyada terror aktı:    13 hərbçi öldü
  20 Oktyabr 2021    Oxunub:833
Suriyada hərbçiləri daşıyan avtobus paytaxt Dəməşqdəki Prezident körpüsündə quraşdırılmış minaya düşüb.
AzVision.az “SANA” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 hərbçi həlak olub, daha 3 nəfər yaralanıb.

Partlayıcı qurğuların terrorçular tərəfindən işə salındığı bildirilir. Hadisə yerinə gələn minaaxtaranlar yaxınlıqda daha bir partlayıcı qurğu aşkar edərək zərərsizləşdiriblər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Suriya   Partlayış  





Xəbər lenti