Belarusun Nyu-Yorkdakı Baş Konsulluğu bağlandı

Belarusun Nyu-Yorkdakı Baş Konsulluğu bağlandı
  20 Oktyabr 2021    Oxunub:1266
Belarusun Nyu-Yorkdakı Baş Konsulluğu bağlanıb. Bununla əlaqədar olaraq ölkənin baş naziri Roman Qolovçenko müvafiq qərar imzalayıb.
AzVision.az xəbər verir ki, daha əvvəl konsulluq Amerika tərəfinin tələbi ilə oktyabrın 21-də işini dayandıracağını bəyan etmişdi.

Kanada da daxil olmaqla, konsulluq dairəsi ərazisində yaşayan Belarus vətəndaşları diplomatik qurum bağlandıqdan sonra respublikanın ABŞ-dakı səfirliyi ilə əlaqə saxlaya biləcəklər. Belarus Xarici İşlər Nazirliyi (XİN) Vaşinqtonun Nyu-Yorkdakı Baş Konsulluğu bağlamaq tələbindən təəssüfləndiyini bildirib.

Amerikanın Minskə qarşı sanksiyalarının bərpası fonunda Belarus Xarici İşlər Nazirliyi ABŞ-a sentyabrın 1-dək Minskdəki səfirliyinin sayını 5 nəfərə endirməyi təklif etmişdi. Həmçinin, Belarus tərəfi Juli Fişerin ABŞ-ın bu ölkədəki səfiri təyin edilməsi üçün verdiyi razılığı geri çəkdi.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Belarus   ABŞ  





Xəbər lenti