Prokurorluq iki uşağın zəhərlənərək ölməsi faktını araşdırır

   Prokurorluq iki uşağın zəhərlənərək ölməsi faktını araşdırır
  20 Oktyabr 2021    Oxunub:957
Baş Prokurorluq iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırma aparır.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Qax rayonunun Tasmaslı kənd sakinləri 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər.

Onlardan M. Qasımlı və İ. Qasımzadə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Uşaq   Zəhərlənmə  





Xəbər lenti