Axtarışda olan 80 nəfər saxlanılıb

Axtarışda olduğuna görə ümumilikdə 80 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
AzVision.az
Teqlər: DİN