İrəvan-Gümrü yolunda ağır qəza olub: 6 ölü, 13 yaralı

İrəvan-Gümrü yolunda ağır qəza olub:    6 ölü, 13 yaralı
  20 Oktyabr 2021    Oxunub:1029
Ermənistanda ağır yol qəzası baş verib. AzVision.az xəbər verir ki, İrəvan-Gümrü avtomobil yolunda baş verən qəza nəticəsində 6 nəfər ölüb.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə "Qazel" markalı avtomobil yoldan çıxaraq aşıb. Ölənlərdən başqa 13 nəfərin də ağır yaralı olduğu bildirilir. Səhiyyə Nazirliyinin mətbuat xidməti isə on nəfərin "Ermənistan" tibb mərkəzinə yerləşdirildiyini, onlardan üçünün vəziyyətinin son dərəcə ağır olduğunu bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qəza   Ermənistan  





Xəbər lenti