Xorvatiya şirkətlərinin Qarabağda bərpa işlərinə cəlbi müzakirə edilib

   Xorvatiya şirkətlərinin Qarabağda bərpa işlərinə cəlbi müzakirə edilib
  20 Oktyabr 2021    Oxunub:986
Azərbaycanla Xorvatiya arasında mütəmadi siyasi məsləhətləşmələrin keçirilməsi razılaşdırılıb.
AzVision.az xəbər verir ki, görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç ilə birgə mətbuat konfransında deyib.

C.Bayramov qeyd edib ki, bu gün keçirilən görüşdə Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Onun sözlərinə görə, danışıqlar zamanı iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığa xüsusi diqqət yetirilib: “Xorvatiyadan çoxsaylı aparıcı şirkətlərin nümayəndələri də buradadır. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə Xorvatiya şirkətlərinin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. Xorvatiya tərəfi bununla bağlı bir sıra təkliflərini artıq Azərbaycanın müvafiq qurumlarına təqdim edib”.

AzVision.az




Teqlər: Azərbaycan   Xorvatiya  





Xəbər lenti