Rusiyada 202 min erməni işçi çalışır

 Rusiyada 202 min erməni işçi çalışır
  20 Oktyabr 2021    Oxunub:1076
Rusiyada rəsmi qeydiyyatdan keçmiş erməni miqrantların sayı 202 min nəfərə çatıb. AzVision.az xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının rəsmi nümayəndəsi İya Malkina məlumat verib. Bildirilir ki, 385 min Qırğızıstan, 81 min Belarus və 70 min Qazaxıstan vətəndaşı işçi kimi fəaliyyət göstərib.
Bu isə ümumilikdə 2019 -cu illə müqayisədə təxminən 40% çoxdur. Malkina xatırladıb ki, bu respublikalardan olan qanunsuz mühacirlərə sentyabrın 30 -dan əvvəl rəsmi qeydiyyatdan keçmək imkanı yaradıllıb..

Qeyd edək ki, Ermənistan Mərkəzi Bankının statistikasına görə, 2021-ci ilin yanvar-avqust aylarında ölkəyə Rusiyadan təxminən 281 milyon dollar köçürülüb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Erməni  





Xəbər lenti