"Şerlok Holms"un professoru vəfat edib

 "Şerlok Holms"un professoru vəfat edib
  20 Oktyabr 2021    Oxunub:1845
Məşhur Sovet aktyorlarından olan Viktor Evqrafov vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə "Samarafilm" kinostudiyası məlumat yayıb.

Qeyd edək ki, Rusiya Federasiyasının əməkdar artisti olan Evqrafovun 73 yaşı vardı. İlkin məlumatlara görə, ölümə səbəb tromb olub. Aktyor bir müddət əvvəl isə koronavirusdan əziyyət çəkib.

Viktor Evqrafov "Klim Samqinin həyatı", "Qorxma, mən səninləyəm!" və bir sıra başqa filmlərdə rol alıb. Ancaq ona məşhurluğu 1980 -ci ildə İqor Maslennikovun rejissoru olduğu "Şerlok Holms və Doktor Vatsonun macəraları"ndakı professor Moriarti rolu gətirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor   Vəfat  





Xəbər lenti