İsraildə virusun daha yoluxucu növü aşkarlanıb

   İsraildə virusun daha yoluxucu növü aşkarlanıb
  21 Oktyabr 2021    Oxunub:1143
İsraildə yeni növ koronavirus infeksiyasının “Delta” ştammının yeni növü olan “AY.4.2”yə ilk yoluxma qeydə alınıb.
AzVision.az xəbər verir ki, virus “Ben-Gurion” hava limanında yoxlama zamanı Moldovadan uçan 11 yaşlı uşaqda aşkarlanıb. Bundan sonra ölkənin Səhiyyə Nazirliyinin nümayəndələri “AY.4.2” variantı ilə ilk yoluxma hadisəsini rəsmən təsdiqləyiblər. Yoluxmuş şəxsin İsrailə qayıtdıqdan sonra heç kimlə əlaqə qurmadığı və özünütəcrid etdiyi qeyd olunur.

London Universitet Kolleci Genetik İnstitutunun direktoru Fransua Ballu “AY.4.2”-nin “Delta”dan 10-15 % daha sürətli yayıla biləcəyi bildirilib. O, eyni zamanda əlavə edib ki, bu fərziyyəni təsdiq etmək üçün çoxlu məlumatlara sahib olmaq lazımdır.

AzVision.az


Teqlər: Koronavirus  





Xəbər lenti