Müharibənin 25-ci günü: Zəfər marşı davam edir

   Müharibənin 25-ci günü:  Zəfər marşı davam edir
  21 Oktyabr 2021    Oxunub:1329
2020-ci il oktyabrın 15-də Türkiyənin NTV telekanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev bizim zəfər marşında olduğumuzu vurğuladı. Həmin bəyanatdan hər keçən gün bu müdrik kəlamı təsdiqlədi. Müharibənin 24-cü günü düşmən tapdağından təmizlənən ərazilərimiz bunun əyani sübutu oldu.
“Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Hər birimizidə qürur hissi yaradan bu iki xəbəri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il oktaybrın 21-də gecə saatlarında özünün rəsmi “Twitter” səhifəsində paylaşdı.

Azərbaycanın apardığı Vətən müharibəsini dəstəkləyən və hadisələri diqqətlə izləyən analitiklərdən biri olan rusiyalı jurnalist, tanınmış ictimai xadim Maksim Şevçenko

“Azərbaycan Ordusu rahat şəkildə Şuşa və Xankəndini işğaldan azad edə bilər. Düşünmürəm ki, erməni qoşunları onlara mane olmaq iqtidarındadır. Azərbaycan Ordusu öz qüvvəsi, müasir silahları və döyüş taktikası ilə işğal altındakı torpaqlarını azad edib”, -dedi.

Ard-arda aldığı sərt zərbələrdən əvvəlki lovğalığını itirən Ermənistan artıq məğlubiyyət əhval-ruhiyyəli bəyanatalar və Azərbaycanın hərbi üstünlüyü haqda bəyanatlar səsləndirməyə başladı. Ermənistan müdafiə nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan İctimai TV-nin efirində Azərbaycanın gücünün bəzi sahələrdə Ermənistanın gücünü 12 dəfə üstələdiyini bildirdi.

-On iki dəfə çox, bunun nə olduğunu başa düşürsünüz? Bu, demək olar ki, müharibə tarixində heç vaxt olmayıb və ya çox nadir hallarda olub. Hazırda Qarabağda fövqəldövlətlərin arsenalında olan texnikalar tətbiq edilir. Ən yeni Türkiyə və İsrail texnologiyalarından istifadə olunur. Biz beşinci nəsil müharibəsini görürük. Bütün mexanizmlər hər iki tərəfdən uyğun deyil, lakin yüksək texnologiyalar seqmentinə böyük diqqət ayrılıb, -Ovannisyan qeyd etdi.

Acı etirafın sonunda erməni cəmiyyətini növbəti dəfə sakitləşdirməyə yönəlik Ovannisyanın guya Ermənistanda yüksək texnologiyalar sahəsinə böyük diqqət yetirməsi barədə dediyi sözlər həm ölkə daxilində, həm də xarici hərbi ekspertlər cameəsində sarkazmla qarşılandı. Çünki elə müharibənin 24-cü günü Azərbaycan Ordusu tərəfindən Ermənistanın 3 PUA-sının vurulması, müharibənin əvvəlindən isə ümumi dəyəri 2,4 milyard dollardan çox olan hərbi texnikası və sursatını məhv etməsi və qənimət kimi götürməsi əsl həqiqətin nədən ibarət olduğunun ən yaxşı göstəricisi idi.

Müharibənin 24-cü günündə döyüşlərdə 3 ədəd artilleriya qurğusu, bir necə minaatan, şəxsi heyətlə birlikdə 3 ədəd yük avtomobili sıradan çıxarıldı. Cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edildi. 5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirildi, çoxlu sayda silah və sursat qənimət götürüldü. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborunun şəxsi heyəti ilə birlikdə məhv edildi. 6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar oldu. Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edildi. Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarıldı. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıtdı. Alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən çıxarıldı. Döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb olundu.

Həmin gün məhv edilən erməni qəsbkarları arasında yüksək vəzifəli zabitlər, o cümlədən alay komandirinin müavini Vahan Sarkisyan, hərbi hissə komandiri, polkovnik Vyaçeslav Voskovski, hərbi hissə komandirinin müavini, polkovnik-leytnant Vahan Tumanyan var idi.
Bundan əlavə, kapitan Zöhrab Koçaryan və hərbi hissənin zabiti, baş leytenant Tsolak Xaçatryan məhv edildi. Dağlıq Qarabağda döyüşən İrəvan Dövlət Pantomima teatrının aktyoru Ovanes Adjinyan da məhv edilərək öz layiqli cəzasını aldı.

Döyüş meydanındakı bu məğlubiyyətlər fonunda Ermənistan cəmiyyətində hakimiyyətdən narazılıq artır, baş nazir Nikol Paşinyan isə qorxaq adlandırılırdı.




Paşinyanın həyat yoldaşı Anna Akopyanın sosial şəbəkədə “əziz erməni kişiləri, cəbhəyə doğru tələsin. Dünyaya ermənilərin nələrə qadir olduğunu göstərməyin vaxtı çatıb” çağırışı isə “Facebook” səhifələrindən birində ona qarşı əsl təhqir kampaniasına səbəb oldu. Yəni, bir gün əvvəl belə bir paylaşım qarşılığında baş nazirin təhqirlərə məruz qalan qızı Maryam Paşinyana müharibənin 24-cü günündə onun həyat yoldaşını da qoşdular.

Azərbaycanın Zəfər marşı isə davam edirdi

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Müharibə   Zəfər  





Xəbər lenti